Kateqoriyasız

Avroliqada iki oyunun yeri dəyişdirildi – UEFA-dan son qərar

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək daha iki oyun öncədən nəzərdə tutulduğu məkanda keçirilməyəcək.

Belə ki, “Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) oyunlarını müvafiq olaraq, Romadakı “Olimpiko” və Turindəki “Yuventus” stadionlarında təşkil olunmasına qərar verib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, matçların əvvəlcədən nəzərdə tutulduğu məkanlarda keçirilməməsinə səbəb koronavirus pandemiyası ilə əlaqədar bəzi ölkələrdə sərt karantin tələblərinin tətbiq olunmasıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43