İdman

Avropa çempionatı: Millimiz “siftə”sini türklər korladı (YENİLƏNİB)

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, B qrupunda qərarlaşan Azərbaycan yığması ilk matçında Türkiyə yığması ilə qarşılaşıb.

Belçika və Hollandiyanın birgə ev sahibliyi etdiyi çempionatda millimizinilk oyunu uğursuz alınıb. Belə ki, millimiz "ay-ulduzlular"a 0:3 hesabı ilə uduzub.

26 sentyabr

Avropa çempionatı, final mərhələsi

23:30. Türkiyə – Azərbaycan 3:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43