İdman

Avropa Çempionatında azərbaycanlılarla ermənilər arasında kütləvi dava (VİDEO)

Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında qalmaqal yaşanıb.

İdmanxeber.com modern.az-a istinadən xəbər verir ki, ötən gün azərbaycanlı və erməni idmançıların döyüşü zamanı Dağlıq Qarabağda qurulan separatçı rejimin “bayrağı”nın arenaya gətirilməsi kütləvi davaya səbəb olub.

Rinqdəki idmançılar və onların məşqçiləri, eləcə də döyüşü izləyənlər arasında kütləvi dava düşüb.

Azərbaycanlı və erməni idmançıları arasında baş verən kütləvi davanın videosunu təqdim edirik:




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43