Milli komanda

Azərbaycan – Lüksemburq matçını idarə edəcək hakimlər açıqlandı

UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunun ilk turunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Kris Kavana olacaq. Ona həmyerliləri Da Daniel Riçard Kuk və Sian Massey köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq görüşü saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43