Milli komanda

Azərbaycan – Malta: mətbuat konfranslarının vaxtı açıqlandı

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan – Malta oyununun mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Əvvəlcə Malta millisinin baş məşqçisi Rey Farruciya jurnalistlərin qarşısına çıxacaq. Sonra isə baş məşqçimiz Qurban Qurbanov oyun barəsində danışıcaq.

13 oktyabr

Malta milli komandası

Saat 17:15. Mətbuat konfransı

Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

Saat 19:00. Mətbuat konfransı

Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi stadionda təşkil olunacaq.

Azərbaycan – Malta qarşılaşması 14 oktyabr, saat 20:00-da Bakı Olimpiya stadionunda keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43