Kateqoriyasız

AZAL rekordun 1 addımlığında

AZAL klubu ardıcıl 6 ev oyununda qol buraxmır.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, 2015-ci il noyabrın 7-də “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə imza atan paytaxt klubu öz meydanında son qolu Gəncə təmsilçisindən buraxıb. Jülien Ebahın 82-ci dəqiqədə vurduğu topdan sonra 6 komanda “AZAL  Arena”nı qolsuz tərk edib. “Sumqayıt”ı 2, “Xəzər Lənkəran” “Zirə” və “Qarabağ”ı 1 qolla məğlub edən Tərlan Əhmədovun futbolçuları “İnter”lə heç-heçədən sonra “Rəvan”a da qalib gəlib – 1:0.

Bununla da evdəki quru seriyasını 6 oyuna və ya 548 dəqiqəyə çatdıran AZAL klub tarixinin rekordunun 1 addımlığınadək irəliləyib. Belə ki, paytaxt təmsilçisi 2007/08 mövsümünün ikinci yarısında öz meydanında keçirdiyi 7 matçda qol buraxmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43