İdman

Azərbaycan Real Aikido Federasiyası daha bir uğura imza atdı

17 may Real Aikido idman növü üzrə növbəti beynəlxalq imtahan keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Real Aikido idman növündə məşq edən 50-dən çox uşaq və böyüklər imtahana daxil olub və öz güclərini sınayıblar. Baş məşqçi və Azərbaycan Real Aikido Federasiyasının prezidenti Fariz Abdullayev imtahanı açıq elan edib və idmançılara uğur arzulayıb. İmtahanı Dünya Real Aikido federasiyasının prezidenti Sanja Vracarevic və 6-cı dan qara kəmər ustası İgor Petrovic eynilə 3 dan qara kəmər ustası Dusan Mitrovic qəbul edib.  İmtahandan sonra Sanja xanım bütün idmançıların uğurlu nəticələr göstərdiyini vurğulayıb və uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43