Kateqoriyasız

“Bakı”dan böyükhesablı qələbə

Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Bakı” yoxlama oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Birinci divizionda mübarizə aparan “Bakılı” ilə qarşılaşıb.

Qarşılaşma İbrahim Uzuncanın rəhbərlik etdiyi komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək  ki, “Bakı” Premyer Liqada növbəti oyununu “Sumqayıt”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43