Dünya futbolu

“Barselona” Portuqaliya millisinin üzvünü transfer edir

“Barselona” yayda heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, komanda Portuqaliya millisinin üzvü və “Sauthempton”un sol cinah müdafiəçisi Sedik Soareşi heyətinə cəlb etmək niyyətindədir.

İngiltərə təmsilçisi futbolçunu 2015-ci ildə “Sportinq”dən 4.7 milyon futnt-sterlinqə transfer edib. Bir müddət öncə isə komanda 25 yaşlı Avropa çempionu ilə 2020-ci ilədək müqavilə imzalayıb.

“Barselona”nın futbolçu üçün “Sauthempton”a 15 milyon avro təkil edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43