Dünyadan

“Barselona” “transfer bombası”nı partladır

“Barselona” “transfer bombası”nıə partlatmağa hazırlaşır.

İdmanxeber.com-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu Yuventus”dan Pol Poqbanı heyətinə qatır. “Barsa” fransız oyunçuya görə italyanlara 70 milyon avro ödəməyə hazırdı.

Artıq məsələylə bağlı tərəflər arasında danışıqlar başlayıb.

Tərəflər razılığa gəlcəyi təqdirdə, Poqba 2016-cı ilin yanvarına qədər “Yuventus”da icarə əsasında oynayacaq. Məhz bu müddətdə “Barselona”ya qarşı tətbiq olunan transfer sanksiyası başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43