Kateqoriyasız

“Barselona”nın oyunçusu Ərəbistana gedə bilər

“Əl-Hilal” yayda Joao Kanselonu transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı cinah müdafiəçisi hazırda icarə əsasında “Barselona”da çıxış edir. O, müqaviləylə “Mançester Siti”yə məxsusdur.

Kanselo bu mövsüm bütün turnirlərdə 33 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə oyunçunun transfer dəyəri 30 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43