Dünyadan

Belə azarkeşi olan klubun nə dərdi?: Azarkeşlik etdiyi məşhur kluba futbolçu transfer etdi

Almaniya Bundesliqasında mübarizə “Hamburq” klubunun biznesmen azarkeşi Klaus-Mixael Kyune şəxsi vəsaitindən klubun büdcəsinə transferlər üçün 25 milyon avro pul köçürüb.

İdmanxeber.com “dailysport”-a istinadən xəbər verir ki, “Forbes”in jurnalında dünyanın ən varlı insanları arasında 119-cu pillədə qərarlaşan Kyunenin varidatı 7,8 milyard avro dəyərində qiymətləndirilir.

“Hamburq” artıq ilk transferini reallaşdırıb. Bundesliqa klubu “Napoli”nin yarımmüdafiəçisi Valon Behramini 4,5 milyon avroya heyətinə qatıb.

Bundan əlavə, “Hamburq” “Maynts”dan Nikolay Mülleri və “Ausburq”dan Mattias Ostjolekanı almağı planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43