Kateqoriyasız

Berti Foqts: “Bu qarşılaşma prinsipiallığına görə Almaniya – Hollandiya matçını xatırladır”

Bu gün “Sheraton Baku Airport Hotel”də təşkil olunmuş mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu fikirləri səsləndirib:

“Şadam ki, Özbəkistan yığmasına qarşı oynamaq fürsətimiz var. Amma təəssüf ki, bundan sonra avqustda FIFA-nın təqvimində yoldaşlıq oyunları üçün nəzərdə tutulmuş gün olmayacaq. Bu, bizim kimi ölkələr üçün əlverişsizdir.

Avropada Bolqarıstan yığmasının oyun üslubuna uyğun komanda tapmaq çox çətindir. Bu baxımdan, Özbəkistan millisinə qarşı oynamaq bizim üçün əhəmiyyətlidir.

Rusiya yığması ilə keçirəcəyimiz oyuna gəlincə, bizim futbolçular üçün bu qarşılaşmanın xüsusi prinsipiallıq daşıdığını bilirəm. Bu qarşılaşma prinsipiallığına görə Almaniya – Hollandiya matçını xatırladır. Fabio Kapello mənim dostumdur. Komandamın dünya çempionatında çıxış edən yığmaya qarşı oynamasını istəyirdim. Müqavilədə nəzərdə tutulub ki, Rusiya millisi ilə Bakıda da yaxın 3 ildə yoldaşlıq oyunu keçirilsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43