Dünya futbolu

“Beşiktaş”dan 2 SUPERTRANSFER!

Ronaldinyonun transferini həyata keçirə bilməyən “Beşiktaş” klubu bunu unutdurmaq üçün 2 ulduz futbolçu almağı planlaşdırır.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, “ağ-qaralar” “Everton”da çıxış edən Con Heytinqa və PSV-də top qovan Ola Toyvoneni transfer etmək istəyir. İkinci dövrəyə daha da güclü hazırlaşan komandanın bu iki futbolçuya təklif göndərdiyi mətbuatda yer alan xəbərlər arasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43