Dünya futbolu

Beyl yenə zədələndi

“Real”ın futbolçusu Qaret Beyl yenidən zədələnib.

İdmanxeber.com-un məlumatına görə, zədəsini yenicə sağaldan uelsli yarımmüdafiəçi “Barselona” ilə oyunda sıradan çıxıb.

Matçın 39-cu dəqiqəsində əzələsi dartılan futbolçu oyunu davam etdirə bilməyib. Onu Marko Asensio əvəzləyib. Beylin son durumu bu gün tibbi müayinədən keçdikdən sonra bilinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43