Ölkə futbolu Premyer Liqa

Bölgə klubu israilli futbolçusu ilə yolları ayırır

Mövsümə qeyri-stabil başlayan “Qəbələ” futbolçusu Feras Abu-Akalla yolları ayırmağı düşünür.

İdmanxeber.az-a daxil olan məlumata görə, bir müddətdi ki, zədədən əziyyət çəkən israilli futbolçu “qırmızı-qaralar”a kömək edə bilmir. Tez-tez zədələnən yarımmüdafiəçi ilə qışda yolların ayrılması gözlənilir. 

Qeyd edək ki, 26 yaşlı futbolçu son mövsümdə ön çarpaz bağlarından aldığı ciddi zədə səbəbindən əməliyyat olunmuşdu. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43