Kateqoriyasız

“Bu həmin komandadır ki, 3 il ard-arda çempion olub”

“Neftçi” PFK-nın müdafiəçisi Elvin Yunuszadə klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.com açıqlamanı təqdim edir:

“Hər şey qaydasındadır. Əsas odur ki, komandada dostluq var, gözəl ab-hava var. Məşqlərimizi davam etdiririk. “Neftçi” nin nəinki bu mövsüm, hər mövsüm tək hədəfi çempionluqdur. Bu məşqlərimizin bəhrəsini görüb çempion olmalıyıq. Komandadakı futbolçuların potensialına baxsaq, komandanın gücünə baxsaq, bu həmin komandadır ki, 3 il ard-arda çempion olub.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43