Kateqoriyasız

Bu klub da Mahir Emrelini transfer etmək istəyir

Polşa “Legiya”sında çıxış edən Mahir Emreli daha bir Avropa klubunun transfer siyahısına düşüb.

İdmanxeber.az-ın məlumatına görə, Macarıstanın “Ferensvaroş” klubu milli komandamızın hücumçusu ilə maraqlanır. Budapeşt təmsilçisinə baş məşqçi təyin olunmuş Stanislav Çerçesov 24 yaşlı forvardı komandasında görmək istəyir.

Qeyd edək ki, Mahir Emreli cari mövsümdə “Legiya”nın heyətində meydana çıxdığı 33 oyunda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43