Kateqoriyasız

“Bu “Xəzər Lənkəran” ötən mövsümdəkindən daha güclüdür ”

“İlk oyunda komandada həyəcan hiss olunurdu. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq. Komandada yeni futbolçu çoxdur, uyğunlaşma dövrü keçirlər. Tomi Kostadinovun viza problemi olduğundan yalnız son 3 gündə bizə qoşula bilib. Çatışmazlıqlarımız çoxdur, əsasən hücum xəttini gücləndirməliyik. İrəli xəttdə top saxlaya bilməməyimizdən rəqib istifadə edirdi, üstünlüyə yiyələndi. Marafon uzundur, yolumuz ağırdır. Növbəti oyunlara baxmalıyıq. Bu günlərdə düşərgəmizə iki hücumçu gəlməlidir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

“Təyyarəçilər”in çalışdırıcısı “Xəzər Lənkəran” və Ruaf Əliyev haqda da daınşıb:

“Xəzər Lənkəran”ın son oyunlarına baxmışdıq. O oyunlardan indiyə rəqib çox artırıb. Hücum xəttində ən təhlükəli futbolçusu Rauf Əliyevdir. Əksər təhlükəli epizodları standart vəziyyətlərdən yaradırlar. Müqayisə etsək, bu “Xəzər Lənkəran” ötən mövsümdəkindən daha güclüdür ”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43