Dünya futbolu

“Buffonla tez-tez siqaret çəkirdik”

İtaliya millisinin sabiq üzvü Pablo Daniel Osvaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

31 yaşlı futbolçu millidəki günlərini yada salıb.

Hücumçu milidə oynadığı zaman siqaret çəkdiyini etiraf edib:

“Milli komandanın soyunub-geyinmə otağında tez-tez siqaret çəkirdim. Ancaq bunu tək etmirdim. Qapıçımız Canluici Buffon və baş məşqçimiz Çezare Prandelli də mənimlə siqaret çəkirdi”.

Qeyd edək ki, karyerası ərzində “Fiorentina”, “Roma”, “Yuventus” və “İnter” kimi klublarda oynayan Osvaldo 2011/14-cü illərdə İtaliya millisinə dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43