Dünyadan

Bundesliqa klubunda yeni saziş

Almaniya Bundesliqa təmsilçisi “Ştutqart” baş məşqçisi Hannes Volfla yeni müqavilə bağlayıb.

“Ağ-qırmızılar” 36 yaşlı mütəxəssislə müqavilə müddətini 2018/19 mövsümünün sonuna kimi artırıb. Bu barədə məlumatı klubun saytı yayıb.

Xatırladaq ki, Volf 2016-cı ildən “Ştutqart”ı çalışdırır. Komanda son mövsümdə onun rəhbərliyi altında Almaniya 2-ci Bundesliqasını 2-ci pillədə başa vuraraq, Bundesliqaya vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43