Kateqoriyasız

“Bursaspor”un yeni stadionuna “Azərbaycan” adı verilə bilər: “Əliyev ailəsi ilə danışmışam”

Türkiyənin "Bursaspor" klubunun yeni stadionuna "Azərbaycan Arena" adı verilə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klub prezidentliyinə namizəd Timur Noyan məlumat verib.

O, bildirib ki, əgər "ağ-yaşıllar"ın prezident seçiləcəyi təqdirdə "Bursaspor"un yeni arenasına "Azərbaycan" adı verilə bilər:

"Əliyev ailəsi ilə may ayında danışmışam. Yeni stadionumuzun adının "Azərbaycan Arena" olması üçün ilkm görüşüm olub. Öncədən danışdığımız məbləği artıracaqlarını bildiriblər".  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43