İdman

ÇL-da bu həftə ən çox qurtarışlar edən qapıçıların siyahısı – ŞEHİÇ 2-ci sırada

Çempionlar Liqasının IV turundan sonra ən çox qurtarış edən qapıçıların siyahısı açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də ən yaxşılar siyahısında yer alıb. Bosniya və Herseqovinadan olan qolkiper 4 oyunda 21 seyv edib. O, Çempionlar Liqasında 2-ci pilləyə şərikdi. İbrahim bu mövqeni Andrey Pyatovla bölüşür.

Siyahının lideri isə “Maribor”un qapıçısı Yasmin Handanoviçdi. Onun hesabında 24 qurtarış var.

 

Çempionlar Liqasında ən çox seyv edən qapıçılar

1. Yasmin Handanoviç (“Maribor”) – 24

2-3. İbrahim Şehiç (“Qarabağ”) – 21

Andrey Pyatov (“Şaxtyor”) – 21

4-5. İqor Akinfeyev (MOİK) – 20

Uqo Loris (“Tottenhem”) – 20


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43