Ölkə futbolu

Con Toşak: “Futbolçu ondan gözlənilən oyunu sərgiləyə bilməyəndə insanlar məyus olur”

“Futbolçu ondan gözlənilən oyunu sərgiləyə bilməyəndə insanlar məyus olur. “Real” nə etdiyini bilir və problemi həll etməlidirlər”.

Bu sözləri “Xəzər Lənkəran”nın çalışdırıcısı  Con Toşak həmyerlisi Qaret Beyl haqda danışarkən deyib.

İspaniyalı jurnalistlərin “Real”da olsaydınız Qaret Beyli hansı mövqedə oynadardınız?” sualına Toşak belə cavab verib:

“Mən onu mərkəz hücumçusu mövqeyində oynadardım. Beyl həmin yerdə rahat çıxış edə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43