Müsahibə

Coşqun Diniyev: “…komandanın hakim köməkliyinə ehtiyacı yoxdu”

Bu gün Azərbayca Premye Liqasının 17-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” matçında ev sahibi komanda 2:0 hesabı ilə qalib gəlib.

Matçdan sonra “Qarabağ”ın futbolçusu Coşqun Diniyev idmanxeber.com-un əməkdaşının da  suallarını cavablandırıb.

– 3-4 gündən bir oyun olduğu üçün ola bilər ki, öyrəşməmişik. Oyunelə bir məcrada keçdi ki, biz də buna məcbur olduq. Bunu gələcək oyunlarda düşünməliyik. Növbəti qarşılaşmalarda daha templi, sürətli oynamağa çalışacağıq.

– Qol vurulanda da bunu çılğın şəkildə qeyd etmirdiz. Çox sönük idi hər iki komanda…

Əvvəl elə olub ki, çox sevinmişik. Bu dəfə bir az sevincimizi az qeyd etdik.

– “Qarabağ”ın hakim köməkliyinə ehtiyacı varmı?

– Nəinki “Qarabağ”ın, ümumiyyətlə heç bir komandanın hakim köməkliyinə ehtiyacı yoxdu.  Mən belə düşünürəm. Uğur qazanmaq istəyən komanda hakimin köməyini gözləməməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43