Dünya futbolu

Daha bir məşhur futbolçu karyerasını bitirdi

İspaniyanın yetişdirdiyi məşhur ulduzlardan biri dünən karyerasını bitirdiyini rəsmən açıqladı. Bu vaxtı ilə “Barselona”, “Tenerife”, “Valyodolid”, “Atletiko” (Madrid), “Liverpul”, “Rasinq”, “Panatiakos” və Meksikanın “Pueblu” klublarının şərəfini qorumuş Luis Qarsiyadır. Futbolçunun son klubu Meksikanın “UNAM Pumas” oldu. 35 yaşı futbolçu son olaraq bunları bildirdi :

“Bu 17 il ərzində mənim yanımda olan, həyatımın hər bir anında məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43