Premyer Liqa

Daha çox “Xəzər Lənkəran”dan, ən yaxşısı “İnter”dən

Azərbaycan Premyer Liqasında sonuncu – 36-cı turun rəmzi komandası açıqlanıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən mövsümün son turunun ən yaxşı on birliyində aşağıda adları çəkilən futbolçular yer alıb.

Qapıçı – Pavels Doroşevs (“Neftçi”)

Müdafiəçilər – Vanderson Skarduelli (“Xəzər Lənkəran”), Tyeqo de Xesus (“Xəzər Lənkəran”), Maksim Medvedev (“Qarabağ”), Tural Cəlilov (“Xəzər Lənkəran”)

Yarımmüdafiəçilər – Fuad Bayramov (“İnter”), Benjamin Lambot (“Simurq”), Elnur Abdullayev (“Xəzər Lənkəran”), Vüqar Nadirov (“Qarabağ”)

Hücumçular – Dieqo Madriqal (“İnter”), Ayaz Qasımov (AZAL)

Azərbaycan Premyer Liqasının 36-cı turunun ən yaxşı oyunçusu isə “İnter”in futbolçusu Dieqo Madriqal olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43