İdman

Davut Kərimi “Kəpəz”ə yeni gələcək qapıçı haqda: “Rəqabət apardığım əcnəbi qapıçılara qalib gəlmişəm”

“Kəpəz”ə qapıçı mövqeyinə kimin gəlməyindən asılı olmayaraq, hər zaman rəqabətə hazıram və heç vaxt da çəkinməmişəm”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri “Kəpəz”in qapıçısı Davut Kərimi deyib.  “Sarı göylər”ə yeni legioner qapıçının gəlməsi haqda fikirlərini bildirən “əlcək sahibi” keçidin komandası üçün uğurlu olmasını istəyib: “İnşallah, elə bir qapıçı, elə bir futbolçular gəlsin ki, komandamıza xeyri dəyər, əl-ələ verib, klubumuzu bu vəziyyətdən çıxararıq. Qapıçının gəlməsi mənim işim deyil, bu məşqçilər korpusunun biləcəyi məsələdi. Demək ki, rəqabətə ehtiyac duyublar. Mən isə buna ancaq sevinə bilərəm. Rəqabət olmayan yerdə inkişaf, uğur olmaz. Bir sözü də deyim ki, hər zaman rəqabət apardığım əcnəbi qapıçılara qalib gəlmişəm. Özümü heç kimdən zəif saymıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43