İdman

DÇ-2018 sonrası karyerasını bitirməyi düşünən Buffon: “Bir şərtlə davam edərəm ki…”

Dünyanın ən yaxşı qapıçısı seçilən Canluci Buffon özü haqda maraqlı açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli “əlcək sahibi” DÇ-2018-dən sonra futbolçu karyerasını sonlandıracağını bildirib. Buffon yalnız bir halda butslarını mıxdan gec asa biləcəyini söyləyib:

“Sözümü demişəm, Rusiyada keçiriləcək dünya çempionatından sonra karyeramı bitirəcəm. Budnan sonra ya çox oynadım, ya az… Elə də fərq etməyəcək. Ancaq bir şərtlə karyeramı bitirmərəm ki, “Yuventus” Çempionlar Liqasını qazansın”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43