Dünyadan

Demba Ba Türkiyəyə dönür

“Qalatasaray” “Beşiktaş”ın sabiq forvardı Dembe Banı heyətinə qatmağa çalışır.

İdmanxeber.com-un məlumatına görə, Çinin “Şanxay Şenxua” klubunda forma geyinən seneqallı forvardın da “Qalatasaray”da oynamaq istədiyi bildirilir. “im-Bom” təcrübəli hücumçunu icarəyə götürmək niyyətindədi. Belə ki, oktyabrın 31-də başa çatan Çin çempionatının yeni mövsümünə bir də martda start veriləcək. 5 ay boşda qalacaq forvardı 6 aylıq icarəyə götürmək istəyən “Qalatasaray” tərəfi futbolçu üçün 2 milyon avro ödəməyə hazır olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43