Premyer Liqa

DİN Lənkərandakı insidentlə bağlı məlumat yaydı

Nazirliyin saytına istinadən verdiyimiz məlumat görə, avqustun 25-də saat 20.22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda “Xəzər-Lənkəran” və “Neftçi” futbol klubları arasında keçirilən oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atıb, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırıb, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri ediblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq Şəhər Rayon Polis Şöbəsinə gətirilib. Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilib.

İctimai asayişi qorumağa cəlb edilmiş Daxili İşlər Orqanının əməkdaşlarından 6 nəfəri xəsarət alıb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43