Dünya futbolu

Donnarumma “Milan”da qalmaq qərarını verdi

Canluici Donarumma “Milan”la müqaviləni artırmaq qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə  “Cadena Cope” məlumat verib.

Lakin yeni sözləşməyə “Real”a 2018-ci ilə transfer edilmə bəndi salınacaq.

Məlumata görə, gənc qapıçı gələn il “Milan”dan getmək fikrində qalır. Bu bənd “Real”a gələn yay transferi həyata keçirməyə yardım edəcək.

Xatırladaq ki, bir müddət əvvəl təzyiqlərdən sonra qapıçının agenti Mino Rayola müştərisiylə gənclər arasında Avropa çempionatından sonra görüşəcəyini bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43