Kateqoriyasız

Dorinel Munteanu: “Maraqlı və gərgin oyun oldu”

Topaz Premyer Liqasının XIV turunun “Neftçi” – “Qəbələ” görüşündə hesab açılmadı.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu matçdan sonra bu fikirləri səsləndirib:

“Maraqlı və gərgin oyun oldu. “Neftçi” Azərbaycanın güclü komandalarından biridir. Biz bundan öncəki oyunda da “Neftçi” ilə heç-heçə etmişdik. Deyərdim ki, bu oyunda təhlükəli epizodlarımız oldu.  Düzdür, 1 xal qazandıq. Amma biz 3 xal arzulayırdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43