Ölkə futbolu

Elşad Əhmədov: “Ona heç bir cəza verməyəcəyik”

Topaz Premyer Liqasının XVI turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, trun açılış matçında “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Oyunun ardından ev sahuibi komandanın baş məşçisi Elşad Əhmədov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Danışılası çox şey var, ancaq qısa deyim. Deviçin epizoduna uzaq idim. Tam dəqiq o barədə heçnə deyə bilməyəcəm. Uşaqlar yaxşı mübarizə apardılar. 10 nəfərə qalmağımıza rəğmən yaxşı mübarizə apardıq. Rəqibi təbrik edirəm”.

-Hücumçu transferi olmadı. Bu sizin üçün problem olacaq ?

-Ola bilər ki, azad agentlərdən birini transfer etdik.

-Deviçin komandanı pis vəziyyətdə qoyması necə adlandırmaq olar ?

-Pis vəziyyətdə qoyması deməzdim. Deviç kimi oyunçuların Azərbaycanda olması qürur vericidir. Ona cəza verməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43