Kateqoriyasız

Ermənistan millisi baş məşqçisi ilə yolları ayırdı

Ermənistan milli komandasında baş məşqçi Xoakin Kaparrosla yollar ayrılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. İspaniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kaparros 2020-ci ilin martından Ermənistan millisini çalışdırırdı. Yığma onun rəhbərliyi ilə Millətlər Liqasının B Liqasının 1-ci qrupunu 3 xalla sonuncu sırada bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43