Ölkə futbolu

Fabio Kapello: “Azərbaycan haqda fikirləşməyə dəyməz”

“Mən Rusiya yığmasının baş məşqçisiyəm. Hər bir çalışdırıcı üçün ən vacib matç həmişə ən yaxında olanıdır”. Bu sözləri Rusiya millisinin baş məşqçisi Fabio Kapello deyib.

Rus jurnalistlərin suallarını cavablandıran italyan çalışdırıcı millimizlə oyun barədə danışmaqdan boyun qaçırıb.

“Qarşıda bizi Lüksemburqla görüş gözləyir. Biz bu qarşılaşmaya bütün diqqətimizlə köklənmişik. Hazırda Azərbaycan haqda heç fikirləşməyə dəyməz. Gündəlikdə olan məsələ Lüksemburqdur”.

Qeyd edək ki, Rusiya yığması Lüksemburqla bu gün, millimizlə oktyabrın 15-də Bakıda qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43