Dünyadan

“Fənərbağça”dan gizli İtaliyaya getdi, tibbi müayinədən keçdi

İtaliyanın “İnter” klubunun “Fənərbağça”nın üzvü Canər Erkini heyətinə qatmağda maraqlı olduğunu xəbər vermişdik.

İdmanxeber.com-un “BBC”yə istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin də şərəfini qoruyan futbolçu gizlicə İtaliyaya gedərək tibbi müayinədən də keçib.

Hələlik nə “Fənərbağça”, nə də “İnter” tərəfi bu haqda rəsmi məlumat vermir. Böyük ehtimalla Canəri yeni mövsümdən Milan klubunun heyətində görəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43