Dünya futbolu

“Fənərbaxça”nın rəqibi Türkiyəyə gəlmək istəmir

“Fənərbaxça”nın Avropa Liqasının pley-off mərhələsində “Qrasshoppers”lə ilk oyunu baş tutmaya bilər. İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, səbə kimi İsveçrə klubunun İstanbula yollanmaqdan imtina etməsi göstərilir.

 

“Qrasshoppers”in prezidenti Stefan Anliker qardaş ölkədə baş vermiş hərbi çevrilişə cəhd üzündən təhlükəsizlikləri ilə bağlı təminat almayacaqları təqdirdə, səfərdən imtina edəcəklərini bildirib. O, İsveçrə Xarici İşlər Nazirliyinin vətəndaşlarına Türkiyəyə səfər zamanı kütlə olan yerlərdən uzaq durmağı məsləhət gördüyünü bildirib: “Fənərbaxça” ilə qarşılaşma da böyük kütlə qarşısında keçiriləcək. Biz qarşı tərəfdən və UEFA-dan “Qrasshoppers”li futbolçu, məşqçi və rəhbərlik olmaqla 50 nəfərlik nümayəndə heyətinin təhlükəsizliyinin tam qorunacağının təminatını almaq istəyirik. Bununla bağlı konkret addımlar gözləyirik. Əks təqdirdə UEFA-dan matçın başqa ölkədə keçirilməsini tələb edəcəyik. Hansı turnir olur-olsun, belə vəziyyətdə oynamaq istəmərik”.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 18-də İstanbulda baş tutmalıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43