İdman

FİFA prezidenti reytinq hesablamasından narazıdı

“FİFA reytinqinin hesablama sistemi tam obyektiv deyil. Biz bu məsələnin üzərində işləyirik”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Canni İnfantino deyib 

DÇ-2018-in final mərhələsinin bu gün keçiriləcək püşkatması ərəfəsində müsahibə verən qurum başçısı əksər hallarda narazılıq yaradan FİFA reytinqinin hesablama sistemində dəyişikliklər ediləcəyini açıqlayıb: “Yeni reytinq sistemi piramida şəklində olacaq. Müxtəlif ölkələrin, fərqli qitələrin komandalarını müqayisə etmək çətindi. Onlar demək olar ki, bir-biri ilə heç qarşılaşmır. Təzadlar da yaranır. Bunu başa düşürük və üzərində çalışırıq”.

 

Qeyd edək ki, Azərbaycan yığması hazırkı reytinq siyahısında 281 xalla dünyanın 117-ci komandasıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43