Kateqoriyasız

FİFA referisi “Arena” verilişində MOİK – “Araz-Naxçıvan” oyununda yaşanan narazıçılığa aydınlıq gətirdi – VİDEO

“İnterAz” televiziyasında “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

Budəfəki verilişin qonaqları FİFA referisi Anar Salmanov və “Komanda”qəzetinin redaktoru Natiq Muxtarlı olub. Verilişdə Anar Salmanov son illər gənc hakimlərin yetişməsi istiqamətində görülən işlərdən danışıb, həmçinin MOİK – “Araz – Naxçıvan” oyununda yaşanan narazılığa aydınlıq gətirərək MOİK-in qapısına verdiyi penaltinin dəqiq olduğunu vurğulayıb. Anar Salmanov tamaşaçılar tərəfindən ona ünvanlanan sualları da cavablayıb və “Xəzər-Lənkəran”la bağlı sualı cavablandırarkən maraqlı açıqlama verib : “Mən hakim olaraq bir şeyi deyim ki, “Xəzər-Lənkəran”ın əleyhinə və o cümlədən lehinə verdiyim qərarlar olub”. Verilişdə digər qonaq olan Natiq Muxtarlı isə milli ilə bağlı danışaraq Berti Foqtsun nəticələrindən razı qalmadığını dilə gətirərək bu məsələ ilə bağlı AFFA-nı günahkar bilib : “Elxan Məmmədov Berti Foqtsun qabaqına hazır siyahı qoyur ki, bunları milliyə çağır. O da Almaniyadan gələrək bu heyətlə yığmanı hazırlaşdırır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43