Premyer Liqa

Gəncədə və Sumqayıtda bərabərlik qeydə alındı (YENİLƏNİB)

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə də daha iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Gəncədə olacaq. Burada "Kəpəz" ilk turda AZAL-ı məğlub etməklə debütünü qələbə ilə bayram edən "Zirə"ni qonaq edəcək.

Günün sonuncu qarşılaşmasında isə "Xəzər Lənkəran" "Sumqayıt"ın qonağı olacaq. 

Qeyd edək ki, Premyer Liqada 2-ci tura sabah keçiriləcək "İnter" – "Neftçi" oyunu ilə yekun vurulacaq.

16 avqust

Azərbaycan  Premyer Liqası, 2-ci tur

 “Kəpəz” – “Zirə” 1:1

Qollar: 73 ' [1-0] Şəhriyar Rəhimov 90+2[1-1] İqor İvanoviç 

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.

Gəncə şəhər stadionu.

“Sumqayıt” – “Xəzər Lənkəran” 1:1

Qollar: 10 ' [1-0] Bəxtiyar Həsənalızadə 36' [1-1] Elşən Rzazadə 
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.

Sumqayıt. “Kapital Bank Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43