İdman

Güləşçilərimizdən uğurlu nəticə

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir.

İdmanxeber.com-un anspress.com-a istinadən verdiyi məlumata görə, 65, 74, 86, 97 kq çəkidə sərbəst, 66, 75, 85, 98 kq çəkidə isə yunan-Roma güləşçilərimiz yarışıb.

Yunan-Roma güləşində təmsilçimiz Rafiq Hüseynov (75 kq) finalda rusiyalı Çingiz Labazanova qalib gələrək qızıl medal qazanıb.

Sərbəst güləşdə Olimpiya çempionumuz Toğrul Əsgərov (65 kq) həlledici görüşdə ABŞ təmsilçisi Frank Molinaronu məğlub edərək 1-ci yerə layiq görülüb.

86 kq-da mübarizə aparan Şərif Şərifov final görüşünə zədə səbəbindən çıxa bilmədiyi üçün gümüş mükafatla kifayətlənib. Nurməhəmməd Hacıyev isə həmin çəko dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

97 kq-da güləşən komandamızın kapitanı Xetaq Qazyumov bütün görüşlərini qalib başa vuraraq qızıl medala yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43