Kateqoriyasız

“İnter Arena”da qalmaqal: Sxadadze “Xəzər Lənkəran” tərəfinə tərbiyəsiz jest etdi

Az öncə bitən "İnter" – "Xəzər Lənkəran" matçından sonra insident yaşanıb.

İdmanxeber.com-un "İnter Arena"da olan əməkdaşının məlumatına görə, oyundan sonra komandalar paltardəyişmə otağına gedərkən "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Xəzər Lənkəran" tərəfinə tərbiyəsiz jest edib. Bundan sonra ara qarışıb "Xəzər Lənkəran"ın idman direktoru olan Yunis Hüseynov  və Sxadadze arasında münaqişə yaşanıb. Polislərin müdaxiləsindən sonra tərəflər sakitləşdirilib.

Qeyd edək ki, matç 3:1 hesabı ilə "İnter"in xeyrinə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43