Dünya futbolu

“İnter” “Roma”nın futbolçusunu transfer edir

“Roma”nın mərkəz müdafiəçisi Kostas Manolas “İnter”ə transfer edilə bilər.

İdmanxeber.com-un məlumatına görə, “İnter” cari mövsümün sonunda 25 yaşlı yunanıstanlı futbolçu üçün “Roma”ya 50 milyon avro dəyərində təklif göndərəcək.

Qeyd edək ki, İtaliya çempionatında cari mövsümdə 18 oyunda meydana çıxan Manolas 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43