Ölkə futbolu

“İnter” və “Zirə” Avropa Liqasına qələbə ilə başladı! – YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında 2017-2018-ci il mövsümünün ilk görüşləri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, qitənin II dərəcəli klub turnirinin start mərhələsi 50 oyunla əlamətdar olacaq. Baş tutacaq qarşılaşmalar arasında təmsilçilərimiz "Zirə" və "Qəbələ" də meydana çıxacaq. 

Avroliqanın debutantı olan "Zirə" "Dalğa Arena"da Lüksemburq təmsilçisi "Differdanj"ı sınağa çəkəcək. Bu matçın start fiti saat 21:00-da çalınacaq. Digər klubumuz "İnter" isə səfərdə Serbiya "Mladost"unun qonağı olacaq. Bu oyun isə Bakı vaxtı ilə saat 22:30 da başlayacaq. 

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhəlisindən mübarizəyə qoşulacaq "Qəbələ" “Dinamo” (Batumi, Gürcüstan) – “Yagelloniya” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

 

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
29 iyun
21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)  2:0
QOL: Riçard Qadze, 22 (1:0), Kervens Belfort, 80 (2:0)
22:30. “Mladost” (Serbiya) – “İnter” (Azərbaycan)   0:3  
QOL: Adrian Skarlatake, 23 (0:1), 41 (0:2), Rauf Əliyev, 74 (0:3)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43