Ölkə futbolu

“İnter”, “Zirə” və “Qəbələ” üçün eyni rəqib

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” və “Zirə” komandaları təlim-məşq toplanışını Türkiyədə keçirəcəklər.

İdmanxeber.com-un məlumatına görə, hər iki klub Türkiyənin Bolu bölgəsində hazırlıq keçəcək.

İyunun ilk və ya ikinci həftəsində Türkiyəyə yollanacaq klublarımız toplanış çərçivəsində bir neçə yoxlama oyunu keçirəcəklər. Artıq klublarımızın yoxlama oyunlarındakı rəqiblərinin birinin adına aydınlıq gəlib. Söhbət son Rumıniya çempionu “Vitrolul”dan gedir. “İnter” iyunun 17-də, “Zirə” isə iyunun 20-də “Vitrolul”la münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Ruminiya futbolunun canlı əfsanəsi Georgi Hacinin sahibi və baş məşqçisi olduğu “Vitrolul” hazırlıqlarının ikinci hissəsini Avstriyada keçirəcək. Ruminiya çempionu Avstriya toplanışı çərçivəsində digər təmsilçimiz “Qəbələ” qarşılaşacaq. Həmin oyun iyunun 26-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43