İdman

“İnter”in futbolçusu Çin klubunda

İtaliyanın “İnter” klubu Ederlə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı hücumçu Çinin “Jiangsu Suning” klubuna transfer olunub. Super Liqa təmsilçisi futbolçu üçün “İnter”ə 5,5 milyon avro ödəyəcək.

İtalyan hücumçu Çin klubunda ilinə 13 milyon avro qazanacaq.

Qeyd edək ki, Eder son mövsümdə “İnter” forması ilə 31 oyuna çıxıb və 3 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43