Dünya futbolu

İspanlar “Sevilya” – “Qarabağ” matçına maraq göstərmir

Sabah “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq

Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin V turunda səfərdə “Sevilya” ilə qarşılaşacaq. İdmanxeber.az-ın İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Sevilyadakı görüşə maraq olduqca azdır. Hətta şəhərdə oyun barəsində heç yerə afişa belə vurulmayıb. Bu saata  olan məlumata görə, görüşə 20 min bilet satılıb.  Qarşılaşmanın keçiriləcəyi 45 500 azarkeş tutumuna malik olan “Roman Sançez Pizxuan” stadionun sabah təxminən yarısının dolacağı gözlənilir.

“Sevilya” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43