İdman

Kamran Ağayevin Çexiya klubuna keçidi rəsmiləşdi

Milli komandamızın qapıçısı Kamran Ağayevin yeni komandasının adına rəsmən aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qapıçının Çexiyanın “Mlada Boleslav” klubuna keçidi rəsmiləşib. 31 yaşlı əlcək sahibi ilə 1+1 ilik müqavilə imzalanıb.

Xatırladaq ki, Kamranın son klubu Portuqaliyanın “Boavişta” komandası olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43