Kateqoriyasız

“Kəpəz” minimal hesabla uduzdu (YENİLƏNİB)

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

İdmanxeber.com-un məlıumatına görə, təmsilçilərimizdən "Kəpəz" də növbəti matçına çıxacaq.

Gəncə təmsilçisi Avstriyada "Admira" klubununa qonağı olacaq. Bu görüşün startı Bakı vaxtı ilə saat 21:00-da veriləcək.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.

Xatırladaq ki, "Kəpəz" I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubunu (1:0) mübarizədən kənarlaşdırıb.

14 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:00. "Admira" (Avstriya) 1-0 "Kəpəz" (Azərbaycan)
Qol: Starkl 41.

Baş hakim: Pavle Radovanoviç

Köməkçi hakimlər: Dimitriye Mrqudoviç və Aleksandr Dyuikanoviç

Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)

Sent Polten. "NV Arena".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43